Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib və ölkələrinə gətirilib.
Azadmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsasən restoran sektorunda çalışan İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçayın azad edilməsi üçün uzun müddətdir danışıqlar aparılırdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdan vətəndaşlara zəng edərək onlara “keçmiş olsun” diləklərini çatdırıb. Azad edilən şəxslər də Ərdoğana təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.