Braziliyada prezident və parlament seçkilərinin ilk turu keçirilir.
Prezident seçkilərində solçu Luis İnasio Lula indiki prezident, sağçı Jair Bolsonaruya qarşı mübarizə aparır.
Seçikədən əvvəl keçirilən sorğularda Lula öz rəqibindən xeyli irəlidə olub. Əksər rəy sorğularına görə, 2003-2010-cu illərdə prezident olmuş Lula 10-15 faiz bənd toplayıb.
Səsvermənin nəticələri Braziliya vaxt ilə saat 17:00-dan sonra, yəni seçki məntəələrinin bağlanmasından sonra açıqlanacaq.
Əgər hər iki namizəd tələb olunan 50 faizlik səsi toplaya bilməsələr, oktyabrın 30-da ikinci tur keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.