AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan 17 erməninin hərbi əsir götürüldüyünü təsdiqləyib" - Karazyan

  • + A
  • - A
  • 3-10-2022, 18:00

    "Azərbaycan 17 erməninin hərbi əsir götürüldüyünü təsdiqləyib" - Karazyan


    Azərbaycan 13 sentyabr qarşıdurması nəticəsində 17 erməninin hərbi əsir götürüldüyünü təsdiqləyib.

    Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin müavini Diana Karazyan bildirib.

    O, əlavə edib ki, Azərbaycan tərəfi əsirlərlə bağlı ümumi məlumat verib: "Hazırda İdarənin fəaliyyəti əsirlərlə bağlı təcili tədbir görülməsinə yönəlib. Azərbaycan 17 hərbi əsir saxladığını təsdiqləyib və onlar haqqında çox ümumi məlumat verib".

    O, həmçinin qeyd edib ki, Azərbaycanda 2020-ci il müharibəsi nəticəsində əsir götürülənlər də daxil olmaqla hazırda 30-a yaxın əsir var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR