Kim Çen İnin Çin səfəri baş tutdu
Şimali Koreya lideri Kim Çen İn 25-28 mart tarixləri arasında Çinə qeyri-rəsmi səfər edib. “Ölkə.Az” xəbər verir ki, Kim Çen İnin ilk xarici səfəri Çinə baş tutub.
Yapon mətbuatının xəbərinə əsasən, Kim Çen İn sərhədi xüsusi qatarla keçib. 26 mart tarixində Kim Çen İn Pekində Çinin Kommunist Partiyasının yüksək ranqlı rəhbərləri ilə və Çin Xalq Respublikasının sədri Si Tzinpinlə görüş keçirib. Səfər Si Tzinpinin dəvəti ilə baş tutub.
Səfər zamanı Kim Çen İni xanımı Li Sol Çju müşayət edib.
Səfər zamanı tərəflər xalq yığıncağı evində danışıqlar aparıblar. Sonra Si və xanmı Kim Çen İn və onun xanımının şərəfinə ziyafət verib.
Kim Çen İn Sini yenidən sədr seçilməsi münasibətilə təbrik edib.
Şimali Koreya lideri ilə söhbət zamanı Si Tzinpin bəyan edib ki, rəsmi Pekin Pxenyanın Koreya yarımadasındakı vəziyyəti düzəltmək üçün atdığı addımları dəstəkləyir.
Qeyd edək ki, Qərb mətbuatı bu səfəri həm də Kim Çen İnin Donald Trampla görüşə hazırlığı kimi qiymətləndirib.