AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsraildə qərarın lehinə və əleyhinə olanlar

  • + A
  • - A
  • 27-03-2023, 17:04

    İsraildə qərarın lehinə və əleyhinə olanlar


    Keçən ilin sonunda and içən Netanyahunun mühafizəkar kabineti çoxsaylı siyasi böhranlardan sonra İsrailin icra hakimiyyətini gücləndirmək qərarına gəlib - 2019-cu ildən bəri heç bir hökumət bir ildən çox fəaliyyət göstərməyib. Baş nazir xüsusilə, Ali Məhkəmənin Parlamentin qəbul etdiyi qanunlara veto qoyma hüququnun məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin hökumətin ixtiyarına verilməsini təklif edib.

    Azadmedia.az xəbər verir ki, bütün bunlar, Netanyahunun sözlərinə görə, hakimiyyət qolları arasında tarazlığı gücləndirmək, məhkəmə sisteminə qarşı qərəzliyi aradan qaldırmaq üçün nəzərdə tutulub. Nazirlər Kabinetinin rəhbəri növbəti parlament seçkilərində də seçicilərin dəstəklədiyi proqramı həyata keçirdiyini və bunun nəticəsində yenidən hakimiyyətə qayıtdığını təkid edib.

    Müxalifət nümayəndələri bildiriblər ki, islahat Netanyahunun özünün və onun kabinetinin maraqlarına xidmət edir və dövlətin demokratik əsaslarını sarsıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR