AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynaya "MiQ-29" qırıcısı təyyarələr göndəriləcək - Polşa

  • + A
  • - A
  • 6-04-2023, 15:09

    Ukraynaya "MiQ-29" qırıcısı təyyarələr göndəriləcək -


    Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü qonşu Polşaya səfər edərək, oradakı liderlər, ictimaiyyət nümayəndələri və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından sonra qaçan ukraynalılarla görüşüb.

    Polşa prezidenti Anjey Duda birgə mətbuat konfransında bildirib ki, ümumilikdə Polşa Ukraynaya 14 ədəd "MiQ-29" qırıcısı təyyarə göndərəcək.

    "Bizim bazada saxladığımız 4 ədəd "MiQ-29"-u son aylar artıq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. İndi də 4 "MiQ" və bu ümumilikdə səkkiz olur. Biz daha altısını verməyə hazırıq və onlar hazırlanır. Güman edirik ki, onlar yaxın vaxtlarda transfer oluna bilər" deyib Duda.

    Duda onu da bildirib ki, Polşa NATO-nun Vilnüsdə keçiriləcək növbəti sammitində Ukrayna üçün hərbi potensialını gücləndirəcək əlavə təhlükəsizlik zəmanəti istəyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR