Xəbər verdiyimiz kimi, "Disney +" Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən "Atatürk" serialını təqdim etməyə hazırlaşır.
Ekran işinin baş rolunu ifa edən aktyor Aras Bulut İynəmlinin hər bölüm üçün 850 min lirə (təxminən 55 min 455 manat) aldığı ortaya çıxıb. Ümumilkdə layihə yayım şirkətinə 8 milyon dollara (13 milyon 600 min 422 manat) başa gəlib
Qeyd edək ki, serial oktyabrın 29-da yayımlanacaq. 6 bölümdən ibarət ekran işində Songül Ödən, Mehmet Günsür, Bərk Cankat, Bertan Asllani, Sahra Saş və məşhur ingilis aktrisa Emma Uatson rol alır.
Bir müddət əvvəl Amerika Milli Erməni Komitəsi serialın yayımlanmasına etiraz etsə də, bu, nəticə verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.