Argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də Nyu York Red Bulls-a qarşı debüt etdikdən sonra cəzalandırıla bilər. Bu barədə Goal xəbər verir.
Portalın məlumatına görə, hücumçu matçdan sonra jurnalistlərlə danışmadığı üçün cərimələnə bilər, baxmayaraq ki, bu, MLS qaydalarına görə tələb olunur.
Avqustun 27-nə keçən gecə “İnter Mayami”də baş tutan debüt matçında Messi start heyətinə düşməyib, oyunun 60-cı dəqiqəsində meydana daxil olub. Argentinalı forvard topu 89-cu dəqiqədə vurub. Görüş 2:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.
Messi iki il Fransanın Paris Saint-Germain komandasında oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi.
Azadmedia.az xatırladır ki, Messi 7 qat "Qızıl top"un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə Çempionlar Liqasının qalibidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.