AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldo 2023-cü ildə gəlir baxımından Messini demək olar ki, iki qat ötəcək

  • + A
  • - A
  • 13-10-2023, 23:52

    Ronaldo 2023-cü ildə gəlir baxımından Messini demək olar ki, iki qat ötəcək

    Forbes: Ronaldo 2023-cü ildə Messidən 125 milyon dollar çox qazanacaq

    Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2023-cü ildə 260 milyon dollar qazanacaq, bu barədə Forbes yazır.

    38 yaşlı forvard peşəkar futbolçular arasında gəlirinə görə birinci yerdədir. Müqavilə üzrə qazanc 200 milyon dollar təşkil edir, Ronaldo isə reklam kampaniyalarında iştirakına görə daha 60 milyon dollar alır. Ondan sonra 135 milyon dollar gəlirlə argentinalı Lionel Messi gəlir. Üçüncü yeri yeni mövsümdən “Əl-Hilal”da çıxış edən və 112 milyon dollar qazanan braziliyalı Neymar tutub.

    İlk 5-liyə PSJ-dən Kilian Mbappe və Əl-İttihaddan Kərim Benzema da düşüb.

    Ronaldo 2 yanvar 2023-cü ildə “Əl-Nasr”ın futbolçusu oldu. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədərdir. Bu mövsüm hücumçu bütün turnirlərdə 11 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

    38 yaşlı forvard beşqat “Qızıl top”un sahibidir. Portuqaliya millisinin üzvü kimi o, Avropa çempionatı (2016) və Millətlər Liqasının (2018/19) qalibi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR