Rusiya millisinin hücumçusu Aleksandr Sobolev Keniya millisi ilə yoldaşlıq görüşündən əvvəl rəqib haqda heç nə bilmədiyini bildirib, həmçinin futbolçuların oyuna hazırlığından danışıb. Azadmedia.az xəbər verir ki, onun sözlərini Sport Express nəşri sitat gətirib.
“Hazırlıq həmişəki kimi gedir. Amma sabahkı rəqib haqda heç nə bilmirəm. Bilirdim ki, “Tottenhem”də çıxış edən Vanyama əvvəllər orada oynayıb. Oyunun niyə Türkiyədə keçirildiyini bilmirəm. Yəqin ona görə ki, sırf maddi-texniki baxımdan bu, hər iki komanda üçün əlverişlidir”, - Sobolev bildirib.
Bu gün Moskva vaxtı ilə saat 19:00-da "Mardan" stadionunda Rusiya və Keniya yığmaları Türkiyədə qarşılaşacaq.
Oktyabrın 12-də rusiyalı futbolçular yoldaşlıq görüşündə Kamerun yığmasına 1:0 hesabı ilə qalib gəliblər. Qolu ÇSKA-nın hücumçusu Fedor Çalov vurub.
Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2022-ci ilin yazında Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Kişilərdən ibarət milli komanda 2022-ci il dünya çempionatına vəsiqə uğrunda oyun keçirə bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.