AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin Ukraynadakı səfiri: “Azərbaycanla xüsusi münasibətlərimiz var”

  • + A
  • - A
  • 19-11-2023, 14:30

    İsrailin Ukraynadakı səfiri: “Azərbaycanla xüsusi münasibətlərimiz var”

    “İsrailin Azərbaycanla xüsusi münasibətləri var və ölkələrimiz arasındakı etimad onilliklər ərzində formalaşıb”.

    Bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski Ukraynalı jurnalist Borislav Beresanın “YouTube” kanalındakı müəllif proqramında çıxışı zamanı bildirib.

    “Biz uzun illər ərzində Azərbaycanla xüsusi münasibət qurmuşuq. Təəssüf ki, Ukrayna haqqında bunu demək olmaz, çünki müharibədən əvvəl və hətta 2014-cü ildən əvvəl bizim Ukrayna ilə müdafiə sahəsində ciddi əməkdaşlığımız yox idi. Azərbaycanla bu əməkdaşlıq illərdir sınaqdan keçirilib”, - deyə diplomat bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR