Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak üçün dəvət alıb.
APA xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə həmin komissiyanın üzvü Kristine Poqosyan bildirib.
Noyabrın 29-da Babayanın iştirakı ilə komissiyanın iclası keçiriləcək.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdırmaq üçün yaratdığı komissiyanın rəhbəri Andranik Koçaryan Babayanın komissiyaya baş çəkmək istədiyini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.