AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda həbsdə olan generalın hazırladığı qiyam

  • + A
  • - A
  • 23-03-2017, 13:46

    Bakıda həbsdə olan generalın hazırladığı qiyam











    İrəvanda "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı həbs olunmuş erməni general Samvel Babayanın Ermənistan prezidenti Serj Sarkisyanın təyyarəsini vurmaq istədiyi ehtimal edilir.

    İstipress xəbər verir ki, İrəvanda dərc olunan "Jamanak" qəzeti yazır ki, Samvel Babayan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın daxil olduğu seçki blokunu müdafiə edir:

    "Əgər "Ohanyan-Raffi-Oskanyan" (ORO) bloku Milli Məclisə daxil olmazsa, Samvel Babayan seçkidən sonra hərbi qiyama qədər irimiqyaslı aksiyalar keçirməyi planlaşdırır. Yalnız İrəvanda deyil, Ermənistanın bütün regionlarında… cəhd ediləcək. Dövlət qurumlarının tutulması elə gerçəkləşdiriləcək ki, polis və digər hüquq-mühafizə orqanları eyni zamanda çox sayda etiraz ocağı üzərində nəzarət təmin edə bilməsin".

    Bu, Samvel Babayanın birinci sui-qəsd cəhdi deyil. 2000-ci ildə o, Dağlıq Qarabağdakı işğal rejiminin rəhbərinə sui-qəsd təşkilinə görə həbs edilib 4,5 il türmədə saxlanmışdı. Ümumiyyətlə, Samvel Babayanın bu cür cəhdlər üçün əmri Moskvadan aldığı güman edilir. "Haykakan jamanak" qəzetinin yazdığına görə, ənənəvi olaraq hər bir seçki qabağı Ermənistanın həm iqtidar, həm də müxalifət dairələri Moskvaya səfər edir və təlimatlar alır. Serj Sarkisyan da səfər edib və Vladimir Putin tərəfindən parlament respublikasına keçidlə bağlı xeyli təriflənib.

    Amma erməni müxalifətinin yolu adətən Rusiyanın təhlükəsizlik və güc strukturlarına düşür. Samvel Babayan üçün Rusiyanın təhlükəsizlik gücləri elə də uzaq ünvan deyil və onun Seyran Ohanyanı dəstəkləməsi də elə qəribə iş deyil. Ali təhsili olmayan və zavodda çilingər işləyən Samvelin “yüksəliş” yolunda bu iki qüvvənin rolu çoxdur. 1991-ci ildə Azərbaycanın Xanlar (Göygöl-red.) rayonunun ərazisində sovet hərbçiləri tərəfindən həbs edilən Samvel Babayan 6 ay Bakıda həbsdə qaldıqdan sonra Xankəndiyə qayıdıb.

    Rus hərbçilər ona Bakıda bəzi mətləbləri başa salıblar ki, Samvel həbsdən çıxan kimi Xankəndidəki 366-cı Rusiya alayının mayoru Seyran Ohanyana yaxınlaşıb. Burada o, həm də 1989-cu ildə həbsdən azad olunan kimi sovet kəşfiyyatının xüsusi dəvəti ilə Qarabağa gətirilmiş erməni terrorçu Monte Melkonyanla da dostlaşır. Melkonyanın rəsmi bioqrafiyasında bu barədə məluat verliməsə də, onu 1990-cu ilin əvvəllərindən Dağlıq Qarabağda və ətraf rayonlarda xatırlayanlar çoxdur. Bu “müqəddəs” üçlüyün əsas əl işi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi olub. Hadisə nəticəsində 613 nəfər dinc Xocalı sakini öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

    Daha sonra Samvel Babayan Şuşanın işğalında iştirak edib. Dinc azərbaycanlıların qırılmasında göstərdiyi “xidmətlərə” görə Ermənistan rəhbəliyi onu əvvəlcə sıravilikdən polkovnikliyə qaldırıb, daha sonra general rütbəsi verib. Beləliklə, rus kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində bir vaxtlar azərbaycanlılarla bir kollektivdə işləmiş, həmkarlarının dediyinə görə də elə bir ciddi düşmənçilik hissləri biruzə verməyən “Syoma” ləqəbli Samvel Babayan Xocalı soqırımında fəal iştirak etmiş manyaka çevrildi. Ona görə də onun İrəvanda törətmək istədiyi hər hansı qarışıqlıq barədə elə də böyük ümidlərə qapılmaq olmaz. Sadəcə, atalar demişkən, iki düşmən öz arasında dava edəndə sevinmək lazımdır. Hər halda, ilanın ağına da, qarasına da lənət.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR