Yaponiyanın düşmən kursu dialoqun bərpasına imkan vermir.
Azadmedia.az “TASS”a istinadən xəbər verir ki, bunu Yaponiyanın Sasakava Sülh Fondunun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər yalnız Tokionun konkret addımlarından sonra əvvəlki səviyyəyə qayıda bilər.
Belə ki, "Dialoqun bərpası Yaponiyanın düşmənçilik kursuna yenidən baxılmasını nəzərdə tutur", - deyə Rudenko deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.