Dünya ölkələri ilə açıq, dinc və dinamik iqtisadi əlaqələr saxlamaq Macarıstanın marağındadır. Türk Dövlətləri Təşkilatı ölkələri bizim yaxşı tərəfdaşlarımızdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban X səhifəsində Şuşaya səfərinə AB baş diplomatı Borrellin reaksiyasına cavab olaraq qeyd edib.
Belə ki, Viktor Orbanın siyasi məsələlər üzrə köməkçisi Balazs Orban isə Borrelin statusuna bu cür cavab yazıb:
“Biz nahar edə bilərik, yoxsa ondan ötrü də AŞ-nin mandatı lazımdır?”
Qeyd edək ki, Borrell Orbanın Şuşaya səfəri, TDT sammitində iştirakı və burada ŞKTC-nin liderinin olmasından “narahatlığını” ifadə edib. Bildirib ki, Orbanın Moskva və Şuşaya səfəri zamanı AB-ni təmsil etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.