Paris prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı təhqiqata başlayıb. O, 2022-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, təhqiqata seçkilər zamanı namizədlərin xərclərinin geri qaytarılmasının qanuniliyini araşdıran komissiyanın müraciəti səbəb olub. Qurum 2022-ci il prezident seçkiləri zamanı bəzi namizədlərlə bağlı prokurorluğa bir neçə sorğu göndərib. Lakin təhqiqat yalnız Marin Le Pen barəsində başladılıb.
Telekanalın məlumatına görə, burada “təşviqat kampaniyasının maliyyələşdirilməsi mənbələri” ilə bağlı problemdən söhbət gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.