Argentina Prezidenti Xavyer Mileyin ölkənin inkişaf prinsipləri haqqında paktı 17 qubernator və Buenos-Ayresin meri tərəfindən imzalanıb.
Azadmedia.az xəbər verir ki, Argentinanın Müstəqillik Gününə təsadüf edən imzalama mərasimi San-Migel-de-Tukuman şəhərində baş tutub.
Belə ki, mediada yayılan məlumatlara görə, La Pampa, La Rioxa, Tierra-del-Fueqo, Santa-Cruz, Formosa və ölkənin ən böyük əyaləti olan Buenos-Ayresin qubernatorları tədbirdə iştirak etməyiblər.
Həmçinin sənəddə, digər məsələlərlə yanaşı, xüsusi mülkiyyətin toxunulmazlığı, dövlət xərclərinin ÜDM-in 25 faizinədək azaldılması, əyalətlərin maliyyələşdirilməsi sistemində dəyişikliklər və açıq beynəlxalq ticarət prinsipləri yer alıb.
Qeyd edək ki, Xavyer Miley əvvəlcə paktı mayın 25-də qeyd edilən İnqilab Günündə imzalamağı planlaşdırsa da, həmin vaxtadək qubernatorlarla konsensusa gəlmək mümkün olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.