Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) məqsədi Rusiyanı sıxışdırmaqdır və bu, Rusiyanın milli təhlükəsizliyinə çox ciddi təhdiddir.
Azadmedia.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, onun sözlərinə görə, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir: “Şimali Atlantika Alyansı mahiyyətini bir daha təsdiqləyib. Bu, qarşıdurmanı saxlamaq məqsədilə yaradılmış ittifaqdır”.
O əlavə edib ki, NATO faktiki olaraq Ukraynadakı münaqişədə tam iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.