AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus Cənubi Qafqazda həmişə sabitliyin tərəfində olub - Qaluzin

  • + A
  • - A
  • 12-07-2024, 10:42

    Belarus Cənubi Qafqazda həmişə sabitliyin tərəfində olub -


    Rusiya İrəvan və Minsk arasında mövcud mürəkkəb dövrün mümkün qədər tez bitməsində maraqlıdır.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

    Belə ki, “Təəssüf ki, Ermənistan hakimiyyətinin belaruslu tərəfdaşlarına qarşı tutduğu sərt mövqeyi izah etmək bizim üçün çətindir”, - deyə Qaluzin Nikol Paşinyanın Aleksandr Lukaşenkonun ünvanına səsləndirdiyi ittihamlar haqda bildirib.

    O vurğulayıb ki, Belarus Cənubi Qafqazda həmişə sabitliyin tərəfində olub və döyüşən tərəfləri barışdırmağa çalışıb:

    “Ermənistan və Belarus MDB, KTMT və Aİİ-nin bir hissəsidir. İstənilən halda, ümid edirik ki, müvəqqəti fikir ayrılıqları ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqinə mənfi təsir göstərməyəcək.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR