Donald Tramp kiçik Robert Kennedi ilə görüşərək namizədliyini geri götürməsini və onu dəstəkləməsini xahiş edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Belə ki, Kennedinin sözçüsü məlumatı təsdiqləyərək prezidentlik yarışından geri çəkilmənin gündəmdə olmadığını və Trampla görüşdə milli məsələlərin müzakirəsinin aparıldığını bildirib.
Sözçü eyni zamanda Demokratlar Partiyasının nümayəndələri ilə də görüşlərin nəzərdə tutulduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.