Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədar olaraq şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Azadmedia.az xəbər verir ki, “Gürz-35” kod adlı əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli saxlanılıb.
Belə ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkələrdə yazıb ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbəkir, Qəhrəmanmaraş və Kayseri vilayətlərini də əhatə edib.
Qeyd edək ki, saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.