AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AVRO-2026: Azərbaycan millisinin rəqibinin heyəti açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 14:34

    AVRO-2026: Azərbaycan millisinin rəqibinin heyəti açıqlanıb

    Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsindəki rəqibi Yunanıstanın heyəti açıqlanıb.

    Martın 3-də toplanışa start verən rəqibin baş məşqçisi Yannis Ziavas qarşıdan gələn Xorvatiya və Azərbaycanla matçlara 16 futzalçı dəvət edib.

    Millinin düşərgəsində bu futzalçılar yer alıblar: Datis Marios, Aronis Nikolaos, Adamopulos Aleksandros (hamısı AEK), Seati Ensi, Papadopulos Konstantinos, Çaralampopulos Vasileios, Çin Lamproslari, Karidas Dimitrios (hamısı "Dukas"), Zervas Dimitrios, Panu Konstantikos, Papakostas Spiridon, Avlonit Georgios (hamısı "Panatinaikos"), Zompolas Yoannis ("Hermes Zoqrafu"), Tzakidis Vasileios (PAOK), Tanka Leandros ("Salamina"), Darlas Dimitris ("Afina 90").

    Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR