AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

  • + A
  • - A
  • 6-12-2025, 16:30

    Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

    Mətndə deyilir:

    "Hörmətli cənab Prezident.

    Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

    Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

    Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR