AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

  • + A
  • - A
  • 6-03-2026, 18:26

    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.









    Tədbirdə çıxış edən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov qadın əməkdaşları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, qadınlar səhiyyə sahəsində böyük məsuliyyət və fədakarlıqla çalışaraq insanların sağlamlığının qorunmasında mühüm rol oynayırlar. Direktor qadın əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər, möhkəm cansağlığı və ailə səadəti arzulayıb.
    Tədbirin sonunda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tərəfindən səmərəli fəaliyyətlərinə, işlərində göstərdikləri peşəkar yanaşmaya və səhiyyə sahəsindəki xidmətlərinə görə bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olunub.
    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının kollektivi bütün qadın əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR