AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana soyuqlar gəlib

  • + A
  • - A
  • 26-03-2026, 16:31

    Azərbaycana soyuqlar gəlib

    Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.

    “Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib. (APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR