AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Demoqrafik vəziyyət haqqında - Masallı

  • + A
  • - A
  • 5-05-2026, 20:50

    Demoqrafik vəziyyət haqqında - Masallı

    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ildə Masallı rayonu üzrə əhalinin sayı 979 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 228699 nəfərə çatmışdır.

    ​Masallı rayonu əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar, 22,8 faizini şəhər, 77,2 faizini kənd sakinləri təşkil edir. Rayon üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 318 nəfər olmuşdur.

    ​Ötən il ərzində rayonda 2186 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,6-ya düşmüşdür.

    ​2025-ci ildə rayon üzrə 1227 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 5,5-dən 5,4-dək azalmışdır.

    ​Keçən il ərzində rayon üzrə 1165 nikaha daxil olma və 326 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,1-dək artmış, boşanmaların sayı isə 1,8-dən 1,4-dək düşmüşdür.



    Masallı rayon Statistika İdarəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR