AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

  • + A
  • - A
  • Bu gün, 15:57

    Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

    Bu axşam “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

    Avstriyanın paytaxtı Vyanadakı “Wiener Stadthalle” arenasında baş tutacaq yarımfinalda 15 ölkənin nümayəndələri mübarizə aparacaq.

    Azərbaycanı “Avroviziya-2026”da təmsil edən müğənni JIVA (Cəmilə Həşimova) “Just Go» adlı mahnı ifa edəcək.

    Bu axşam iştirakçıların çıxış sırası belədir:

    Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Albaniya, Malta, Norveç.

    Bu ölkələrdən 10-u səsvermə ilə finala çıxacaq.

    Qeyd edək ki, Yunanıstan, Finlandiya, İsrail, Moldova, İsveç, Xorvatiya, Litva, Polşa, Serbiya, Belçika birinci yarmfinlın qalibi kimi finala adlayıb.
    Onlarla yanaşı, müsabiqənin əsas maliyyə dəstəkçiləri olan Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, eləcə də ev sahibi Avstriya finala birbaşa vəziqə qazanıb.


    “Avroviziya-2026”nın finalı 16 mayda keçiriləcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR