“Jara” təxirə salındı - Video
Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. “Qafqazinfo” bildirir ki, bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov məlumat verib.
“Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”, - Ağalarov İnstaqram hesabında yazıb.
Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan artistlər dəyişilməz olaraq qalacaq.