İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva brifinqdə bildirib.
O qeyd edib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər:
“Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları, muzey və sərgi salonları bağlanır. Həmçinin, açıq havada idman oyunları qadağan edilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.