ABŞ Energetika Nazirliyi ölkə daxilində neft ehtiyatları ilə bağlı statistikanı açıqlayıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, ABŞ-ın daxili neft ehtiyatları 3-cü dəfə rekord vuraraq 540 milyon barrelə çatıb.
Bu açıqlama fonunda Brent markalı neftin 1 barreli 4,46% ucuzlaşaraq 40,73 dollar səviyyəsinə düşüb. Texasın WTI markalı nefti isə 4,63% dəyər itirərək 38,5 dollara düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.