Moldovada daha 304 nəfər koronavirusa yoluxdu
Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 521 nəfərə çatıb.
AzadMedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada ölkədə 304nəfər koronavirus infeksiyasına yoluxub, müalicə alan 6 nəfər vəfat edib.
Artıq Moldovada bu virusa yoluxanların sayı 16 080 nəfərdir. Pandemiya dövründə 8 963 nəfər tam sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Moldovada ictimai nəqliyyatda və qapalı yerlərdə tibbi maska taxmaq məcburidir.