Daxili işlər naziri Vilayət Eyvazov üçün özəl gün
“Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.
Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur.
Bu gün general-polkovnikin 52 yaşı tamam olur.
Qeyd edək ki, Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.
Prezidentin 2004-cü il sərəncamı ilə ona polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
AzadMedia.az medya kollektivi daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir, ona Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərində bundan sonra da uğurlar arzulayır.