Azərbaycanda koronadan ölənlərin sayı 200-ü keçdi
Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 968 nəfər yoluxub.
AzadMedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata əsasən, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.