Bakıda qəfil vəfat edən müğənninin ailəsindən AÇIQLAMA
Bir neçə gün əvvəl Bakıda qəfil vəfat edən müğənni, “Ağbaba” folklore qrupunun solisti Faiq Tağıoğlunun ailəsi onun vəfatı ilə bağlı açıqlama verib.
Mərhumun bacısı oğlu Baris Novruzov Publika.az-a bildirib ki, F.Tağıoğlu ilkin məlumatda bildirildiyi kimi koronavirusdan vəfat etməyib: “Dayım başağrıları ilə bağlı xəstəxanaya müraciət etmişdi. Lakin 2 gün sonra vəfat etdi. Həkimlər bildirdi ki, onda tromblaşma olub və başağrılarına da bu səbəb olub. Nəticədə beyininə qan sızıb və bu səbəbdən vəfat edib”.
Qeyd edək ki, F.Tağıoğlu Qərbi Azərbaycan folklorunun yaşadılmasında və təbliğində xidmətləri olan musiqiçilərdən olub.
Allah rəhmət eləsin!