Məmmədyarov-Mnatsakanyan görüşü başladı
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edir.