Tovuzda yaralanan əsgərlər danışır - VİDEO
AzTV Erməni təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitaldan reportaj hazırlayıb.
Azadmedia.az xəbər verir ki, yaralılar haqqında kanala ümumi məlumatı tibb xidməti polkovniki Roman Çobanov verib. Bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir: "Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizn bir arzusu var. O da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaqdır”.
Hospitalda müalicəsi davam etdirilən əsgər Əliyev Novruz Əlixan oğlu özünü yaxşı hiss etdiyini söyləyib: "İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.
Onun əsgər yoldaşı Mehdiyev Vüqar Elbrus oğlu da sağalar-sağalmaz ön xəttə qayıdıb düşmənə qarşı vuruşmağı səbrsizliklə gözlədiyini bildirib.