AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR tenderlər elan edib - SİYAHI

  • + A
  • - A
  • 18-07-2020, 09:00

    SOCAR tenderlər elan edib - SİYAHI

    SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

    SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq tikişlərinin müayinəsi üçün tələb olunan sərf və köməkçi materiallarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi müraciətlərinin son tarixini, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadıldığını elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 11.08.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müraciətlərin son tarixinin, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadıldığını elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23.07.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Kompleks qazma işləri” tresti xüsusi geyim və fərdi mühafizə vasitələrinə olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 31.07.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Kompleks qazma işləri” tresti kimyəvi reagentlərə olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 12.08.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Neftqaztikinti” tresti digər örtüklü qaynaq çubuqlarına, qaynaq məftillərinə və flyusa olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müraciətlərin son tarixini, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadıldığını elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23.07.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

    SOCAR-ın “Azneft” İstehsalat Birliyi müxtəlif növ qaldırıcı qurğulara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 06.08.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

    Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

    Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR