Çikaqoda Tovuzla bağlı silsilə aksiyalar başladı – Foto
Ermənilərin Tovuzda törətdiyi təxribata etiraz olaraq ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində erməni nümayəndəliyinin qarşısında aksiya keçirilib.
Bu barədə Axar.az-a Çikaqoda yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Gündüz İsmayılov məlumat verib.
Onun sözlərinə görə, rəsmi icazə ilə keçirilən aksiyada erməni təcavüzünə etiraz ediləb, “Dağlıq Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.
G.İsmayılov qeyd edib ki, aksiyalar davam edəcək:
“Meriyadan artıq razılıq almışıq, ştatın ayrı-ayrı şəhərlərində burdakı diasporumuzun nümayəndələri ilə silsilə aksiyalar keçirəcəyik. Mümkün qədər daha çox amerikalıya erməni təcavüzü və Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğala məruz qaldığı, Ermənistanın Tovuz istiqamətində dövlət sərhədimizdə təxribat törətdiyi və Azərbaycana bu dəfə başqa istiqamətdən hücum etdiyi haqda həqiqətləri çatdırmağa çalışırıq”.