AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qadının SMS icazəsini yoxlayıb, mesaj yazan POLİS İŞDƏN QOVULDU

  • + A
  • - A
  • 22-07-2020, 12:08

    Bakıda qadının SMS icazəsini yoxlayıb, mesaj yazan POLİS İŞDƏN QOVULDU


    Bakının "Koroğlu" metrostansiyası yaxınlığında bir qadının SMS icazəsini yoxladıqdan sonra onun şəxsi məlumatlarını əldə edərək "Facebook" profilindən mesaj yazan polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından kənarlaşdırılıb.

    Bu barədə faktı DİN mətbuat xidmətinin rəis müavini polis polkovniki İlham Babayev Lent.az -a təsdiqləyib.

    Qeyd edək ki, hadisə iyulun 18-də baş verib. Bakı sakini Sevda Mahmudova özünün sosial şəbəkə profilində məlumat paylaşaraq, bidlirib ki, "Koroğlu" metrostansiyasındakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı vəsiqəsini yoxlayıb. Daha sonra isə onun adını yadda saxlayıb "Facebook"da S.Mahmudovaya mesaj yazıb. Qadın paylaşımında hadisənin araşdırılması və həmin əməkdaşın cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

    Bakıda qadının SMS icazəsini yoxlayıb, mesaj yazan POLİS İŞDƏN QOVULDU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR