Aya-Sofiyanı 500 polis qoruyacaq
İstanbuldakı Müqəddəs Sofiya (Aya-Sofiya) məbədinin mühafizəsinə daimi olaraq 500 polis işçisi cəlb olunacaq.
AzadMedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Bu gündən etibarən Aya-Sofiyada 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, - deyə ölkə başçısı Ankarada çıxış edərkən bildirib.