AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan əsgəri düşməni yerinə oturtdu - Prezident

  • + A
  • - A
  • 30-07-2020, 21:00

    Azərbaycan əsgəri düşməni yerinə oturtdu - Prezident

    Bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

    “Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan.

    Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”, - deyə dövlət başçısı bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR