59 deputat tələb etdi, növbədənkənar sessiya çağırıldı
Milli Məclisin sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
AxadMedia.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.
Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.