AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahir Abbaszadənin uğurlu kariyerası kimləri narahat edir?

  • + A
  • - A
  • 5-08-2020, 10:23

    Mahir Abbaszadənin uğurlu kariyerası kimləri narahat edir?

    Mahir Abbaszadə. Bu həmin Mahir Abbaszadədir ki, 2018-ci ilin noyabr ayında ona yeni bir etimad göstərildi. Həmin vaxtdan deputatlıq fəaliyyətilə yanaşı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini də ictimai əsaslarla icra etdi. Təbii ki, bu onu seçən insanlara, ona etimad göstərən insanlara xidmət etmək üçün əlavə imkanların verilməsi demək idi. Düzdür, fond direktoru olaraq işğal altında olan bütün rayonların əhalisinə xidmət göstərir. Söz yox ki, məcburi köçkünlük, qaçqınlıq həyatı yaşayan insanların hər birinin problemi ilə məşğuldu və bu məsələdə ayrı-seçkiliyə yer yoxdur. Amma bu vəzifənin mahiyyəti elədir ki, bütün hallarda eyni kateqoriyaya aid olan insanların problemlərini daha yaxından öyrənmək imkanı qazanırsan. Mövcud problemləri həll olunan insanların arasında səni seçən, sənə etimad göstərən insanları da görmək adamı ikiqat sevindirir. Bir də bu vəzifəni icra etmək Mahir müəllimə ona görə rahatdır ki, bu sahədə olan problemlərlə yaxından tanışdır. Yəni bu həyatı ona izah etməyə ehtiyac qalmır. Çünki bu həyatı özü yaşamış biridir. Onun bir müsahibəsində dediyi kiçik bir açıqlamanı xatırlayaq: "Deyirəm ki, mənə yataqxanada başına su daman məcburi köçkün haqqında heç kim danışmasın. Çünki o başına su damanın biri mənəm. Hansısa bir məcburi köçkün anasının, bacısının növbəliklə yataqxananın dəhlizini təmizləməsini də mənə xatırlatmayın. O ananın, o bacının biri də mənim anam-bacım olub. Yəni bu həyatın bütün acılarını, bütün çətinliklərini görmüş biriyəm. Bu baxımdan iç-içə olduğun problemin həlli üçün ürəyini qoyursan, eyni zamanda imkanların arzularınla üst-üstə düşdüyü üçün, kimlərisə sevindirə bildiyin üçün ikiqat-üçqat rahatlıq tapırsan. Mən sizdən heç gizlətməyəcəyəm. 2015-ci ildə mən parlament seçkilərinə qatılanda siz də, təbii ki, bizimlə bir yerdəydiniz. O zaman Ağcabədinin Taxtakörpü qəsəbəsində məcburi köçkünlərlə görüşmüşdüm və bu insanların nə qədər ağır şəraitdə yaşadıqlarının şahidi olmuşdum. Seçki ərəfəsində də, parlament seçkilərindən sonra da mənə seçicilərin arzu və istəklərini çatdırmışdılar. Həmişə düşünürdüm ki, ilk növbədə eyni arzuları ümumiləşdirib həyata keçirək. Məsələn, Masazırda yerləşən Çıraqlı kənd orta məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı mənə müraciət olunmuşdu. Maliyyə nazirindən xahiş etdim, məsələ müsbət həllini tapdı. Məni ən çox narahat edən isə Taxtakörpünün acınacaqlı vəziyyəti idi. Eyni zamanda mən rayonların məskunlaşma səviyyəsinə baxanda görürdüm ki, yeni binalarda məskunlaşanlar arasında ən az Laçın rayonundan olan sakinlərdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri olmaq mənə əlavə bir imkan verdi ki, ümumi mənzərə ilə daha yaxından tanış olum. Bir il bundan öncə Ağcabədinin Taxtakörpü ərazisində 645 evdən ibarət yeni bir qəsəbənin tikintisi ilə bağlı cənab Prezidentin tapşırığını uğurla həyata keçirərək bu il açılışını etdik. Artıq orada 3 böyük məktəb, eyni zamanda uşaq dünyaya gətirmək üçün xüsusi palata ilə təmin olunmuş xəstəxana fəaliyyət göstərir. Allaha min şükürlər olsun ki, neçə illərdir ürəyimdə gəzdirdiyim bir arzu da gerçəkləşdi və bu problemi də həll edə bildik. Laçın rayonunun orta məktəbləri, bağçaları, xəstəxanaları və rabitə qovşağının yeni müasir binalarda yerləşdirilməsi də son 4 il yarımlıq fəaliyyətimizin bir hissəsidir. Yeni mənzillərlə təmin olunan laçınlı məcburi köçkünlərin sayında da nəzərəçarpacaq artım var. Xatırladım ki, bütün bunlar ölkə başçısının rəhbərliyi ilə qəbul edilən Dövlət Proqramı əsasında həyata keçirilir. Bu nöqteyi-nəzərdən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olmağım bu problemlərin həll edilməsində mənə əlavə stimul verir. Hesab edirəm ki, hələ qarşıda görəcəyimiz işlər çoxdur. Zaman gəldikcə, imkanlarımız artdıqca digər problemlərin də həllini həyata keçirən biləcəyik".
    Təəssüf ki, özünü həmişə qaçqınlardan biri hesab edən, xalqın arasından çıxan, çalışqanlığı sayəsində uğurlar qazanan Mahir müəllimin kariyerası kimlərisə narahat edir. Adını doğru-düzgün yaza bilməyən, xalqa yuxarıdan aşağı baxanlara yaltaqlananlar xalq arasından çıxmış işgüzar deputatı niyə gözləri götürmür? Mahir müəllim özü demişkən qaçqınlıq həyatını canlı yaşamış, onların ağrı-acılarını duyduqları üçün fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə çalışır. Bunun nəyi pisdi? Siçovul kimi peşələri irəli gedən adamların ayaq altını qazan belə ünsürlər bir qədər irəli gedərək sifariş qulu olan mirzələrə Mahir müəllimə qarşı sifarişli yazılar yazdırmaqdan da çəkinmirlər. Sifariş mirzələri də utanmazcasına çamur atdıqları adamın kimliyi ilə maraqlanmadan broyler toyuqları kimi gözlərini yumub ağızlarını açıb haram tikəylə doldurmaqla heyvani həyat tərzlərinə davam edirlər. Sevindirici haldır ki, yel qayadan heç nə apara bilmədiyi kimi, ürəyini xılt tutmuş danos yazdıranların da arzuları ürəklərində qalacaq, millət vəkili Mahir Abbaszadə yalnız uğurları, kariyerası, xalqın yanında olması ilə gündəmləri bəzəyəcək.
    Uğurların bol olsun, Mahir Abbaszadə!

    Xəlil Xəlilov,
    Azadmedia.az saytının Baş redaktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR