AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZAL-dan işdən çıxarılanlarla bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 11-08-2020, 12:55

    AZAL-dan işdən çıxarılanlarla bağlı AÇIQLAMA

    AZAL-dan işdən çıxarılanlarla bağlı açıqlama…

    Mətbuatda yayılan məlumata görə, Prezident İlham Əliyevin şirkətlərin yarıtmaz fəaliyyətini sərt şəkildə tənqid etməsindən sonra AZAL-da təmizləmə əməliyyatı aparılıb. Belə ki, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də yer alır. Həmçinin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

    Məsələ ilə bağlı açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bu haqda rəsmi məlumatın olmadığını vurğulayıb:

    “Rəsmi məlumat olan kimi, biz onu paylaşacağıq” deyə bildirib. Qurum rəsmisi iddiaları nə təkzib, nə də təsdiq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR