Tramp: Onunla münasibətim pozulub
![]()
Koronavirus pandemiyasının yayılması ilə Çin lideri Si Szinpinlə aramız bir qədər pozuldu.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, çinli həmkarı ilə uzun müddətdir danışmadığını deyib:
“Si Szinpin ilə gözəl münasibətlərimiz vardı (burada ötən il imzalanan ticarət sazişi nəzərdə tutulur – red.). Ona rəğbətim var, amma artıq eyni şeyi hiss etmirəm”.
Ağ Ev rəhbəri bu dəyişikliyin koronavirus pandemiyası zamanı ortaya çıxdığını da vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.