Türkiyədən İraqa PKK mesajı: Üzərinə düşəni et!
Ölkəsində fəaliyyət göstərən PKK-ya qarşı lazımi tədbirləri görmək ilk növbədə İraqın üzərinə düşür.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Uzun illərdir ki, PKK terror təşkilatı İraqın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizlik və sabitliyinə meydan oxuyur. Eyni zamanda, terror təşkilatı İraq ərazisindən Türkiyəyə hücumlar təşkil edir. Ölkəsində fəaliyyət göstərən PKK-ya qarşı lazımi tədbirləri görmək ilk növbədə İraqın üzərinə düşür. Bu məsələdə Türkiyə İraqla əməkdaşlığa hazırdır. Ancaq bölgədə PKK-nın varlığına göz yumulmağa davam edilərsə, Türkiyə sərhədlərinin təhlükəsizliyi üçün lazım olan tədbirlərə əl atacaq. İraqı bu istiqamətdə lazımlı addımlar atmağa dəvət edirik”, - məlumatda vurğulanıb.