Generaldan S-400 açıqlaması: Vaxtı çatdı
Türkiyənin S-400 sistemlərini Egey və Aralıq dənizi bölgələrinə yerləşdirməyinin vaxtı çatıb.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan generalı Bəyazid Qaradaş sosial şəbəkə hesabında deyib.
“Əməliyyat üçün bundan daha yaxşı səbəb ola bilməz. ABŞ, Avropa Birliyi (AB) və digər Yunanıstanı dəstəkləyənlər fürsət axtarırlar. Onlar Yunanıstanın tərəfindədir. Hətta daha da irəli gedib, diplomatik proseslərə əsasən S-400-lərin ikinci partiyasının gəlişini sürətləndirməliyik”, - general bildirib.