AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda minik avtomobili avtobusla toqquşdu - Ölən var

  • + A
  • - A
  • 15-08-2020, 18:34

    Sumqayıtda minik avtomobili avtobusla toqquşdu - Ölən var

    Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.

    Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR