AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb

  • + A
  • - A
  • 16-08-2020, 11:20

    Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb

    2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

    Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

    Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11 dəfə artıb.

    İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

    Ümumilikdə, hesabat dövründə 5 134 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 53,9 faiz azdır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR