Boltontan şok: Tramp ABŞ-ı NATO-dan çıxaracaq
ABŞ Prezidenti Donald Tramp qarşıdakı seçkilərdən əvvəl ölkənin Şimali Atlantika İttifaqından çıxdığını elan edə bilər.
Azadmedia.az xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton çıxış edib.
“Bilirəm ki, hələ üç aya yaxın vaxt qalıb və Amerika siyasi nöqteyi nəzərindən bu, əbədiyyətdir. Kim Çen İnlə dördüncü zirvə görüşümüz olanda dediyimiz "oktyabr sürprizi" ehtimalı çox gerçəkdir.
Donald Tramp seçkidən öncə ya bütün ABŞ qüvvələrini Əfqanıstandan çıxarmaq qərarına gələ bilər, ya da Amerikanın NATO-dan çıxacağını elan edə bilər”, – Con Bolton bildirib.